16 yanvar 2016 00:10
"Süni örtüklü meydanda 1-ci divizion klubu ilə oynamaqdansa, Petrolulla qarşılaşmaq yaxşıdır"
Topaz Premyer Liqasının üçüncü dövrəsinə hazırlığı davam etdirən "Sumqayıt" bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Komandanın baş məşqçisi Samir Abasov bu münasibətlə azerisport.az saytına açıqlama verib:
"Türkiyə toplanışının komandamızın xeyrinə olacağını düşünürəm. Rumıniyanın "Petrolul" klubu ilə oynamaq daha yaxşıdır, nəinki burada süni örtüklü meydançada birinci divizion klubu ilə qarşılaşmaq. AZAL - "Neftçi" oyunundan sonra xəbər tutdum ki, Bakıda Premyer Liqa və birinci divizion klubları arasında turnir keçirilir".
