15 yanvar 2016 17:00
Sumqayıt sabah Antalyaya yola düşür
Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığın birinci mərhələsini bugünki məşqlə tamamlayan "Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda sabah qonşu ölkəyə yola düşəcək.
"Sumqayıt" Antalyada "The Sense Deluxe" hotelində məşkunlaşacaq. Samir Abasovun komandası səfərdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.
