15 yanvar 2016 16:30
Elvin Yunuszadə: Antalyada terror təhlükəsi yoxdur
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə komandasının Antalya toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Traktorsazi" ilə oyunumuzun baş tutmamasına görə elə də təəssüflənmirik. Əlbəttə, onlara qarşı oynamaq maraqlı olardı. Türkiyədəki son terror aktlarına baxmayaraq, Antalyada hər şey qaydasındadır. Təhlükə yoxdur. Məşqlərimizi keçirik və ilk yoxlama oyunumuza hazırlaşırıq".
