15 yanvar 2016 14:20
Pavel Kapsa: Azərbaycana qayıtmağı düşünmürəm
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Pavel Kapsa bəyan edib ki, Azərbaycana qayıtmaq barədə düşünmür. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"ın problemlərindən xəbərim var. Belə görünür ki, bu klub artıq "ölüb". Onlarla müqaviləyə xitam verdim. Oraya qayıtmaq barədə düşünmürəm. Klubun pulu yoxdursa, niyə gəlim? "Xəzər Lənkəran" vaxtilə Azərbaycanın ən böyük klublarından biri olub. Əfsuslar olsun ki, indi onun sonu çatıb".
