15 yanvar 2016 14:00

Yaşar Vahabzadə: Bakıdakı qələbənin təsadüfi olmadığını Rusiyada da isbatlamalıyıq

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi

- Yığmamızı qarşı Türkiyə toplanışı və beynəlxalq turnir gözləyir. Bu yöndə hazırlıqlar necə gedir?
- Bu toplanış bizim üçün çox vacibdir. Ümid edirəm ki, məhsuldar toplanış olacaq. Turnirə gəlincə, keçirəcəyimiz hər bir oyun uşaqlar üçün böyük təcrübə deməkdir. Mart ayında bizi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyun gözləyir. Həmin oyun öncəsi yaxşı hazırlıq prosesi keçmək istəyirik.

- Komandada yeni simalar olacaq?
- Bəli. Bir neçə yeni futbolçu cəlb etmək istəyirik. Premyer Liqanın son turlarında bəzi futbolçular diqqətimizi çəkib. İndi də Bakıda qış turniri keçirilir. Həmin oyunçuların bəzisini burada da iş başında görmək imkanımız olacaq.

- Sizə elə gəlmir ki, ölkə futbolundakı maliyyə böhranı gənclərdən ibarət yığmamızın xeyrinə olacaq? Çünki klublar daha çox gənclərə şans verməklə, öz büdcələrini qorumağa çalışırlar...
- Dediyiniz kimi olacaqsa, təbii ki, daha çox gənc futbolçunu meydanda görəcəyik. Amma burada hər şey klublardan yox, futbolçuların özündən də asılıdır. Onlar özlərini yaxşı tərəfdən göstərməli, əsas heyətdə oynamağa layiq olduqlarını isbatlamalıdırlar. Hazırda onların çoxu limitin sayəsində meydana çıxmaq şansı qazanır. Amma çox istəyərdim ki, gənclərimiz öz gücləri, oyunları sayəsində əsas heyətə layiq olduqlarını göstərsinlər.

- Rusiya yığmasının Bakıda Azərbaycana məğlubiyyətinin bu ölkədə hələ də unudulmadığından yəqin ki, xəbəriniz var...
- Xəbərim var. Amma onların bu məğlubiyyəti niyə belə qəbul edə bilmədiyini anlaya bilmirəm. Buna normal yanaşmaqlazımdır. Həmin matçdakı məğlubiyyətə görə baş məşqçiləri də istefaya göndərildi. Halbuki, bu tsikldə onların hansısa uğur qazanması inandırıcı görünmür.

- Sizcə, ruslar Dmitri Xomuxanı istefaya göndərməklə səhvə yol verdilər?
- Bəli.

- Sizə elə gəlmir ki, ruslar öz meydanlarında Bakıdakı məğlubiyyətin qisasını artıqlaması ilə almaq üçün əllərindən gələni edəcəklər?
- Bu, aydın məsələdir. Burada mənim əlavə edəcəyim heç nə yoxdur. Biz də öz növbəmizdə ciddi hazırlaşacağıq. Bizim üçün sadəcə, seçmə mərhələnin növbəti bir oyunu olacaq. Komandamız Bakıdakı qələbənin təsadüfi olmadığını səfərdə də isbatlamalıdır. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.