15 yanvar 2016 11:20

AFFA-nın Xüsusi Komissiyası Xaqani Məmmədovla bağlı qərarını açıqladı

AFFA-nın Xüsusi Komissiyası 2015-ci ilin noyabrında Kütləvi İnformasiya Vasitələrində yayılmış video ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərin yaratdığı şübhələr öz təsdiqini tapmayıb.

Həmin video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində “Osiyek (Xorvatiya) - “Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmışdı. Komissiya bu məsələni araşdırıb, oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil edib, hadisənin canlı şahidlərinin fikirləri öyrənib və iddia olunan rüşvət faktının öz təsdiqini tapmamağı ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, komissiyada AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov yer alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.