15 yanvar 2016 14:55
Birinci divizion klublarının dueli sülhlə başa çardı
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
Bu dəfə birinci divizion klubları qarşılaşıb. Belə ki, birinci divizionun lideri "Neftçala" "Şərurspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada 4 qol vurulsa da, tərəflər meydanı 1 xalla tərk ediblər.
15 yanvar
“Neftçala” - “Şərurspor” - 2:2 (1:1)
Bakı. "Bayıl Arena".
Qeyd edək ki, ötən gün baş tutan ilk oyunda "Neftçi" AZAL-a 1:0 hesabıyla qalib gəlmişdi. Sabah isə AZAL MOİK-lə qarşılaşacaq.
