15 yanvar 2016 00:20
Laşa Salukvadze: İlk yarıda Verderdən daha yaxşı oynadıq
"İnter"in müdafiəçisi Laşa Salukvade Antalyada təlim-məşq toplanışı çərçivəsində Almaniyanın "Verder" klubunun ikinci komandasına qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında təcrübəli gürcü futbolçu 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
"Birinci hissədə biz "Verder"dən daha yaxşı oynadıq. Amma ikinci hissədə uduzduq. Çünki komandamız hər gün məşq edir, fiziki cəhətdən yüklənmə çox olduğundan yorğunluq var idi. Rəqib isə demək olar ki, heç nədən qol vurdu. Elə alındı ki, biz qolu rəqibə özümüz hədiyyə etdik. Səhvə yol verdik və uduzduq. Lakin bütövlükdə yaxşı oynadıq".
