15 yanvar 2016 00:00
Neftçinin əsas və əvəzedici komandalarınının oyununda 3 qol
“Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu baş tutub. Azerisport.az xəbər verir ki, “Olimpiya stadionu”nda keçirilmiş görüş əsas komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qollara Rəsul Babazadə, Orxan Qurbanlı və Mirabdulla Abbasov imza atıblar.
Qeyd edək ki, əsas komandanın növbəti yoxlama oyununun yanvarın 19-da “Şəmkir”ə, əvəzedicilərin isə ayın 16-da Azərbaycan U-19 yığmasına qarşı keçirilməsi planlaşdırılıb.








