14 yanvar 2016 20:00

Roman Qriqorçuk: Bu xəbər məni xeyli təəccübləndirdi

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun Azərbaycandakı stadionlarla bağlı Ukrayna mətbuatına açıqladığı fikirlərlə sizi tanış etmişdik. Azerisport.az xəbər verir ki, klub saytı ukraynalı mütəxəssisin həmin fikirlərini təkzib edib.

Həmin açıqlamanı təqdim edirik: "Ukrayna və Latviya mətbuatına istinadən verilən xəbərlərdə baş məşçimizin ölkəmizdəki stadionların durumundan narazı olduğu bildirilir. Diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və Roman Qriqorçuk stadionlar barədə heç bir mətbu orqana açıqlama verməyib. Məsələ ilə bağlı klub saytına açıqlama verən mütəxəssis aşağıdakı fikirləri səsləndirib:

"Sözügedən xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki bu məlumatlar həqiqəti əks etdirmir. Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil.  Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur  ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.