14 yanvar 2016 19:20
Sumqayıt Səlahət Ağayev ilə müqavilə imzaladı
“Sumqayıt” növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda yığmamızın üzvü Səlahət Ağayevlə güclənib.
25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Adıçəkilən qolkiper "Sumqayıt"da 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.
