14 yanvar 2016 18:30
Sumqayıt Nicat Muxtarovu heyətinə qatdı
Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, son olaraq, “Rəvan”da çıxış etmiş Nicat Muxtarov "Sumqayıt"la 2,5 illik müqavilə imzalayıb.
1995-ci il təvəllüdlü adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək.
