14 yanvar 2016 18:00
Cavid İmamverdiyev: Belə oyunlarda bir qol hər şeyi həll edə bilər
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev qış turniri çərçivəsində AZAL üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Gərgin oyun oldu. Hər iki komanda matça yorğun çıxmışdı. Yaxşı ki, biz ələ düşən qol fürsətindən yaxşı yararlandıq və hesabı açdıq. Adətən, belə oyunlarda bir qol hər şeyi həll edə bilər. Birinci kim qol vurursa, o da qalib gəlir".
