14 yanvar 2016 17:45
Zirə Traktorsaziyə əvəz tapdı
"Zirə"nin Antalya toplanışı çərçivəsində qarşılaşacağı İranın "Traktorsazi" klubunun Türkiyəyə getməkdən imtina etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Adil Şükürovun komandası artıq Cənubi Azərbaycan təmsilçisinə əvəz tapıb.
Belə ki, zirəlilər yanvarın 16-da Qazaxıstanın "Ordabası" klubu ilə qarşılaşacaq. Bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma saat 19:00-da start götürəcək.
