14 yanvar 2016 17:30
Rəvan rəhbərliyi problemi yoluna qoymaq üzrədir
"Rəvan" rəhbərliyi problemlərinin bir hissəsini həll etmək üzrədir. Azerisport.az xəbər verir ki, sabahdan etibarən futbolçuların məşqlərə başlaması gözlənilir.
Hansı ki, onlar bir neçə aydır maaş ala bilmədiklərinə görə məşqə çıxmaqdan imtina edirdilər. Amma klub rəhbərliyi bu həftə borcların bir hissəsinin ödəniləcəyinə söz verib. Daha sonra qalan borcların da ödənilməsi həyata keçiriləcək.
