14 yanvar 2016 17:15
Neftçinin əvəzediciləri də təlim-məşq toplanışına start verdilər
“Neftçi”nin əvəzedici komandası bu gün təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, yanvarın 24-dək AFFA-nın məşq mərkəzində davam edəcək hazırlıq prosesi ərzində komanda bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
Bu gün əsas komanda ilə qarşılaşacaq baş məşqçisi Tofiq Mustafayev olan əvəzedicilər yanvarın 16-da Azərbaycan U-19 yığması, 19-da isə “Qarabağ”ın əvəzedici heyəti ilə üz-üzə gələcəklər.
