14 yanvar 2016 16:30

Əsgər Abdullayev: Neftçi hər iki cəbhədə mübarizə aparmağa qadirdir

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Yeni təşkil olunan qış turniri ilə bağlı nə deyərdiniz?
- Bu turnir iştirakçı komandalara daha yaxşı hazırlaşmağa, ehtiyat qüvvəni sınaqdan keçirməyə yaxşı şans yaradır. Gənc futbolçulara şans verəcəyik. Gələcəkdə bu turniri daha da genişləndirmək olar.

- Rəqiblərinizin çoxu daha yaxşı şərtlər altında hazırlaşır...
- Onların öz hazırlıq planı var, bizim öz planımız. Fikrimcə, bu yolda sözügedən turnirin də bizə faydası çox olacaq.

- Şans verdiyiniz gənc futbolçular ümidlərinizi doğrultdular?
- Kamran Nəcəfzadə meydanda işgüzarlığı ilə xoşuma gəldi. Eyni zamanda futbolçularda əsas heyətə düşmək üçün çalışqanlığı da görürəm. Bunu isə ən çox Kamranda hiss etdim.

- Turnir cədvəlindəki mövqeyi heç də yaxşı olmayan "Neftçi" liderlərlə aradakı fərqi azalda biləcək?
- Əsas hədəfimiz də budur. Avrokuboklara vəsiqə qazanmağa borcluyuq.

- Bəs ölkə kubokunda?
- Bizim üçün hər iki turnir vacibdir. Çempionatdakı şanslarımız da çox pis deyil. Ona görə də hər iki cəbhədə mübarizə aparmağa çalışacağıq.

- Təkcə əvəzedici heyətdən dəvət etdiyiniz futbolçularla kifayətlənəcəksiniz, ya başqa transferləriniz də olacaq?
- Hələ ki, yalnız əvəzedici komandadan gələnlərdir. Mənim hətta 17 yaşlı gəncləri də dəvət etmək fikrim var ki, onların ümidini artırım, daha həvəslə çalışsınlar, oynasınlar. Futbolda yaş bəzən aldadıcı olur. Məsələn, Kamran xoşuma gəldi. Yaşına baxmayaraq, o, əsas komandada oynaya, baxımlı futbol sərgiləyə bilər.

- "Qəbələ" və "Qarabağ" istisna olmaqla, digər bütün klubların maliyyə çətinlikləri var. Sizə elə gəlmir ki, bu, "Neftçi"nin üst sıralara qalxması üçün bir şansdır?
- Bizdə problem yoxdur. Rəhbərlik bizim üçün normal şərait yaradıb. Sadəcə, sınaqçı-rəqiblər tapmaq baxımından problem ola bilərdi. Gördüyünüz kimi, qış turniri sayəsində bu problemimiz də aradan qalxdı.

- Çempionatımızın səviyyəsi aşağı düşüb, deməli, rəqabət də zəifləyib. Bu, gələcəkdə avrokuboklarda çıxışınıza təsirini göstərə bilər?
- "Neftçi"yə təsir göstərməyəcək. Həm də indi bu mövzunun yeri deyil. Hər şeyi zaman göstərəcək. Rəqabət əvvəlki qədər olmaya bilər, amma əsas odur ki, futbolçularımızın səviyyəsi qalxsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.