14 yanvar 2016 15:45
Yaşar Vahabzadə: Bu turnir yeni oyunçuların üzə çıxması baxımından çox önəmlidir
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə Bakıda təşkil olunan qış turniri ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu turnir potensial milli üzvləri, yeni futbolçuların üzə çıxarılması baxımından çox önəmlidir. Yaxşı futbolçular görəcəyimizə ümid edirik".
