14 yanvar 2016 14:30
Vəli Qasımov: Bu, turnirdə güclü heyətlə oynadığımız ilk və son oyundur
"Neftçi"nin idman direktoru Vəli Qasımov Bakıda təşkil olunan mini turnirdəki iştiraklarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Böyük ehtimalla bu, bizim bu turnirdə güclü heyətlə oynadığımız ilk və son oyundur. Bu da yalnız rəqibin AZAL olmasından irəli gəlir. Digər oyunlarda əvəzedici heyətdən dəvət olunmuş futbolçulara da şans veriləcək. "Kəpəz"lə yoxlama oyununa gəlincə, hələ ki, həmin matçın vaxtını dəyişmək barədə düşünmürük. Baxmayaraq ki, həmin gün həm də bu turnirin final görüşü baş tutacaq".
