14 yanvar 2016 14:15
Fikrət Hüseynov: Gələn il Rusiya və Gürcüstan klublarını da Bakıya dəvət edəcəyik
AFFA Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Bakıda təşkil olunan qış turniri ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç klub maliyyə problemlərinə görə turnirdə iştirakdan imtina etdi. Ona görə də turniri beş klubla keçirmək məcburiyyətində qaldıq. Fikrimcə, bu turnirin gələcəyi var. Növbəti ildə Rusiya və Gürcüstan klublarına da dəvət göndərmək istəyirik".
