14 yanvar 2016 12:45
Verderin baş məşqçisi İnterə qarşı keçirdikləri oyundan danışdı
Almaniyanın "Verder" klubunun ikinci komandasının baş məşqçisi Aleksandr Nuri "İnter"ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakı təmsilçisi üzərindəki 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bu oyun bizim üçün ciddi sınaq idi. Oyun ritmimizi tapmaq və məşqlərin bizə nə verdiyini başa düşmək istəyirdik. Bütövlükdə, yaxşı oynadıq. Həm də nəzərə almaq lazımdır ki, rəqibimiz bu mövsüm Avropa Liqasında oynamış komanda idi".
