14 yanvar 2016 12:15
Qəbələ Antalyadakı 4-cü gününü bir məşqlə başa vurdu
2015/16 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 4-cü gününü 1 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında baş tutub. Məşqdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.


