14 yanvar 2016 11:45
Millinin məşqçilər korpusu İnterin oyununu izləyib
Azərbaycan milli komandasının məşqçilər korpusunun Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onlar ötən olanda “İnter” – “Verder II” (Almaniya) qarşılaşmasına baxıblar. (AFFA)
Qeyd edək ki, sözügedən oyun Bakı təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
