14 yanvar 2016 14:55
Açılış oyununda Neftçi AZAL üzərində qələbə qazandı
Bu gün Azərbaycan klubları arasında ilk dəfə təşkil olunan qış turnirinə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turnirin açılış oyununda AZAL və "Neftçi" üz-üzə gəlib. Paytaxt derbisində "ağ-qaralar" minimal hesablı qələbəyə sevinib.
14 yanvar
“Neftçi” - AZAL - 1:0 (1:0)
Qol: Araz Abdullayev, 39 (1:0).
Qırmızı vərəqə: Tagim Novruzov, 68 (AZAL). Kamal Qurbanov, 88 ("Neftçi").
Bakı. "Bayıl Arena".
