14 yanvar 2016 11:00
Eddi İsrafilov 45 dəqiqə oynadı, komandası 1/4 finala çıxa bilmədi
İspaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Las-Palmas"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Doğma meydanda keçirilən ilk oyunda da eyni hesablı məğlubiyyətlə üzləşən "Eybar" kubokdakı mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Eddi bu oyuna start heyətdə başlayıb. Lakin o, fasilədə əvəzlənib. Hansı ki, həmin vaxt komandası 0:1 hesabıyla məğlub durumda olub.
