14 yanvar 2016 00:20
Dmitri Nazarov Karlsrueni məğlubiyyətdən xilas edə bilmədi
Almaniyanın "Karlsrue" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "İnqolştadt"la qarşılaşıb.
Matç "Karlsrue"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov meydana start heyətdə çıxıb. Amma o, fasilədə əvəzlənib.
Qeyd edək ki, futbolçumuzun komandası növbəti oyununu yanvarın 16-da Münhen "Bavariya"sına qarşı keçirəcək.
