Qriqorçuk: Azərbaycanda stadionlar xoşuma gəlmir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan futbolunda onu qane etməyən məqamlardan söhbət açıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis Kiyev "Dinamo"sunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Düzünü desəm, Azərbaycanda stadionlar xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıdakı arenalardan getmir. Hansı ki, onların bəzisi yenicə inşa olunub. Amma bizim klub da belə müasir stadiona sahib olmalıdır. Belə problem Azərbaycanın əksər klublarında var. Bu mənada "Qəbələ" rəhbərliyi də məni çox yaxşı başa düşür. Biz bu barədə çox danışmışıq. Mənə söz veriblər ki, klub üçün yeni arenanın inşa etdirilməsi problem deyil. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra klubumuzun rəhbərliyinin iddiaları daha da artıb. Hamı ancaq futbolun inkişafında maraqlandırır".
