13 yanvar 2016 19:45
Məşqçilər Komitəsinin üzvləri Neftçinin məşqində
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri “Neftçi”nin təlim-məşq bazasında olublar. Azerisport.az xəbər verir ki, komitə üzvləri – Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov və Şakir Qəribov komandamızın səhər saatlarında baş tutmuş məşqini klub rəhbərliyi ilə birgə izləyiblər.




