13 yanvar 2016 18:45
Hakimi döymək istədi, beş oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
27 dekabr 2015-ci il tarixində futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Titan” – “Port Baku” matçı başa çatdıqdan sonra “Titan”ın futbolçusu Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.
