13 yanvar 2016 18:15
AZAL Sumqayıta qalib gəldi
AZAL və "Sumqayıt" bu gün növbəti dəfə yoxlama oyununda üz-üzə gəliblər. Azerisport.az xəbər verir ki, Premyer Liqa klubları bu dəfə Şüvəlanda - "AZAL Arena"da qarşılaşıblar.
Matç 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Qonaqların heyətində yeganə qolu Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, bir neçə gün öncə Sumqayıtda baş tutan ilk qarşılaşmada AZAL 1:4 hesablı məğlubiyyətlə üzləşmişdi.
