13 yanvar 2016 18:00
AFFA FİFA-nın tələbi ilə Bakının 6 xalını sildi
FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Azerisport.az xəbər verir ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnan Bərəkət arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
1. Azərbaycan birinci divizion yarışlarında "Bakı"nın cari mövsüm aktivindən 6 xal silinsin.
