13 yanvar 2016 16:20
Ağayev Sumqayıtla danışıq aparır
Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev hələ də özünə yeni klub tapmayıb. Azerisport.az xəbər verir ki, "İnter"lə yollarını ayıran futbolçu hazırda "Sumqayıt"ın düşərəgəsindədir.
Karyerasını ölkə xaricində davam etdirmək istəməsinə baxmayaraq, bu gedişlə millimizin qapıçısı bu qış Azərbaycanı tərk edə bilməyəcək. Çünki onun "Sumqayıt"a keçməsi gözlənilir. Hazırda tərəflər arasında danışıqlar gedir. Böyük ehtimalla Səlahət sumayıtlılarla yarım illik müqavilə imzalayacaq.
