13 yanvar 2016 14:40
Ruslan Abışov Almaniyaya yollandı
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Antalya düşərgəsindən Almaniyaya yollanıb. Azerisport.az xəbər verir ki, belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək.
Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq. (klub saytı)
