13 yanvar 2016 13:40

Qurban Qurbanov: Biz də xərcləri azaltmağa çalışmalıyıq

Azerisport.az sizi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi ilə tanış edir.

- Antalyada hazırlıq necə gedir?
- Proqram üzrə hazırlaşırıq. Məşqlərimiz davam edir. Futbolçular ən yaxşı formanı bərpa etmək üçün çalışır. Komandadan ayrı məşq edənlərimiz var. Əvvəldən planlaşdırdığımız kimi, 4 yoxlama görüşü keçiriləcək. Həmin oyunlara qədər futbolçular hazır olmalıdır. Bu oyunlardan sonra Bakıya çempionata hazır vəziyyətdə qayıtmalıyıq. Hazırda heç bir problem yoxdur. Təlim-məşqlərdən razıyam.

- Reynaldonun vəziyyəti necədir?
- Reynaldo yanvarın 12-dən etibarən fərdi məşqlərə başlayıb. Məşqə həkimlərlə çıxdı, fizioterapevtlərlə. Sözsüz komandayla məşqlərə başlaması üçün bir müddət lazım olacaq. Fikrimcə, 15-20 gün vaxt lazım olacaq. Bu müddətdən sonra Reynaldonun meydana qayıdacağından danışmaq olar. Ayağı tam sağalandan sonra tam məşqlər olacaq. Əməliyyatdan sonra bir qədər gözləmək lazım olacaq.

- Muarem Muaremin qayıdışı necə alındı. Təklif kim tərəfindən gəldi?
- Qarşılıqlı alındı. Muarem "Qarabağ"da oynamış futbolçudur. Biz onu yaxşı tanıyırıq. İlkin olaraq altı aylıq müqavilə imzalanıb. Lakin razılaşmaya əsasən müqavilənin müddətini artırmaq mümkündür. Hazırda o əvvəlki formasında deyil. Çünki, son oyunlarda Türkiyə təmsilçisində iştirak etməyib. Əvvəlki Muaremi görməyimiz üçün zamana ehtiyacımız var. Ona çətin olmayacaq. Komandanı tanıyır, oyun üslubumuzu bilir. Biz ona inanırıq. Hər zaman yaxşı mənada fərqlənib. Onun gəlməsi komandaya faydalı olacaq. Eyni zamanda Muarem üçün də xeyirli olacaq.

- Devalivasiya demək olar ki, bütün klublara təsir edib. Bu mənada "Qarabağ"da vəziyyət necədir?
- Hamıya təsir edibsə, deməli bizə də təsir etməlidir. Biz devalivasiya olmayan vaxtda da qənaət etməyə çalışmışıq. İşimizi doğru aparmağa, lazımı olanı etməyə çalışmışıq. Hər zaman rəhbərliklə birgə çalışmışıq ki, az xərcləyək, amma daha yaxşısını edək. Bu mənada qənaət olmalıdır. Artıq xərclər etməməyə çalışmalıyıq. Amma işimizi davam etdirməliyik. "Qarabağ" rəhbərliyi ilə hələlik, bu məsələ müzakirə olunmayıb. Hazırda "Qarabağ" o səviyyədədir ki, işimizi dayandırmamalıyıq. Klub rəhbərliyi hər zaman "Qarabağ"ın adının dünyada tanınması üçün bütün işləri görüb. Biz bundan sonra da işimizi davam etdirəcəyik. Məqsədimiz klubu daha da yüksək səviyyəyə qaldırmaqdır. Lazım gələndə sözsüz ki, kompromisə gedəcəyik. Həm rəhbərlik, həm də biz bu adı Avropada daha çox tanıtmağa çalışırıq. Əsas məqsəd budur. Rəhbərliklə çalışacağıq ki, büdcəmizə o qədər ziyan dəyməsin. Müəyyən mənada futbolumuz, ümumilikdə idmanınız üçün çətin dövr ola bilər. Səbrli olmalıyıq. Düzgün qərar qəbul etməliyik. Ümid edirəm ki, bu vəziyyətdən hamılıqla birgə çıxacağıq.

- "Qarabağ"da yeni transferlər olacaq?
- Tam dəqiq cavab verə bilmərəm. Hazırda bu barədə yeni informasiya yoxdur. Biz hər zaman axtarışdayıq. Axtarışlarımız davam edir. Hücum xəttində bir hücumçunun olmasını istəyərdim. Aktiv axtarışdayıq. Lakin transferlərimiz ola da bilər, olmaya da.

- Mətbuatda yazılmışdı ki, düşərgəyə artıq çəkiylə qayıdanlar klub tərəfindən cərimələnib. Bu hal baş veribmi?
- Bu barədə futbolçulara məlumat verilmişdi. Deyilmişdi ki, artıq çəkiylə gələnlər böyük məbləğdə cərimələnəcək. Amma bu baş tutmadı. Hamı öz çəkisində qayıdıb. Bu göstərir ki, futbolçular diqqətli olub. Ona görə hazırlıq qaydasında gedir.

- Yoldaşlıq görüşlərində təyin olunan oyunlardan - rəqiblərdən razısınız?
- Düşünürəm ki, tam uyğun rəqibləridr. Ötən il həddən artıq oyun keçirdik. Fərqli rəqiblər seçmişik. Fikrimcə. bu oyunlar komandaya xeyirli olacaq. (ATV - İdman)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.