13 yanvar 2016 12:40

Daha bir klub Bakıdakı mini turnirdən imtina edir

Qış fasiləsi zamanı xaricə gedə bilməyən klublarımız üçün Bakıda təşkil olunan mini turnirin iştirakçıları azala-azala gedir. Azerisport.az xəbər verir ki, daha öncə "Qaradağ Lökbatan"la "Xəzər Lənkəran" sözügedən turnirdə iştirak etməyəcəyini açıqlamışdı.

İndi də "Rəvan"ın turniri tərk etməsi gözlənilir. Buna səbəb komandanın ciddi maliyyə problemləri ilə üzləşməsidir. Bir neçə aydır maaş ala bilməyən komanda üzvləri ötən gün məşqə çıxmaqdan imtina etmişdilər. Onların borcları ödənilməsə, etiraza davam edəcəklərini bəyan ediblər. Belə olan halda komanda turnirə hazır ola bilməyəcək və "Rəvan" da iştirakdan imtina edəcək.

Hazırda komandanın düşərgəsində 16 futbolçu hazırlıq keçir. Bu gün səhər məşqinə çıxan oyunçulardan dördü qapıçı olub. Digər oyunçuların yarısı əvəzedici heyətdən dəvət olunanlar, qalanı isə baxışa gələnlərdir. Baxışa dəvət olunanlar da birinci divizion klublarından gəliblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.