13 yanvar 2016 11:20

Namiq Ələsgərov: Kəpəzdə problemlə üzləşəcəyimi düşünmürəm

"Qarabağ"ın "Kəpəz"ə icarəyə verdiyi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi

- "Kəpəz"ə keçidiniz necə alındı?
- Zədədən sonra mümkün qədər tez forma toplamağım üçün mənə oynamaq lazımdır. Mən özüm də bu barədə çox düşünürdüm. Mövsümün sonunadək "Kəpəz"də oynamaq təklifi gəldi. Bu, həm mənim, həm də hər iki klub üçün yaxşı seçim idi.

- Başqa variantlar da var idi?
- Xeyr. Ancaq "Kəpəz"dən dəvət vardı.

- Zədədən sonrakı müalicə və bərpa prosesiniz çox uzun çəkdi...
- Zədəm elə idi ki, hər bir müalicə fərqli olurdu. Amma son dövrlər klubumda məşq edirdim.

- "Qarabağ"a keçidinizin heç də uğurlu seçim olmadığı barədə fikirlərlə razısınız?
- Tam razı deyiləm. Hər şey yaxşı idi. Hər bir futbolçu zədə ala bilər. Ümid edirəm ki, "Kəpəz"də hər şey yaxşı olacaq və bütün çətinlikləri geridə qoyacağam. Əvvəlki formamı bərpa edəcəyimə ümidliyəm.

- Sizin icarəyə verilməyiniz Qurban Qurbanovun ideyası oldu?
- Təklif "Kəpəz"dən gəldi. Mən də Qurban Qurbanovla məsləhətləşdim və o, razılaşdı.

- Yəqin ki, Malta ilə həmin oyun yadınızdan çıxmır: qol ötürməsi edirsiniz və zədələnirsiniz...
- Bəli, həmin oyunu heç vaxt unutmayacağam. Çünki bu, həm də mənim yığmadakı ilk oyunum idi. Milliyə yenidən qayıtmağa çalışacağam.

- Baş məşqçi Robert Prosineçki sizinlə maraqlanırdı?
- Bəli, özü də tez-tez. Sağ olsun.

- "Qarabağ" "Kəpəz" qarşısında belə bir şərt qoymayıb ki, siz doğma klubunuzla oyunda meydana çıxmayasınız?
- Xeyr, belə bir şey olmayıb.

- Sizcə, "Qarabağ" bu mövsüm çempion ola biləcək?
- "Qarabağ" hazırda çempionluğa ən real namizəddir. Böyük ehtimalla onlar qalib olacaqlar. Amma yenə də indidən dəqiq nəsə söyləmək çətindir. Qarşıda yarım mövsüm var.

- Sizin komandadan getməyinizlə Muarem Muaremin geri qayıtması eyni vaxta təsadüf etdi...
- O, təcrübəli futbolçudur və komandaya faydası dəyəcək. Uğurlar arzulayıram.

- "Kəpəz"ə uyğunlaşmaq çətin olmayacaq?
- "Kəpəz"də əvvəllər birgə oynadığım xeyli oyunçu var. Orada problemlə üzləşəcəyimi düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.