13 yanvar 2016 11:40
Rəvanın vitse-prezidenti: Bunlar hamısı maliyyə çətinliyinə görədir
"Rəvan"ın vitse-prezidenti İlqar Axundov bir neçə ayın maaşını ala bilməyən futbolçuların məşqə çıxmaqdan imtina etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, bu düzdür ki, komanda ötən gün məşq etməyib. Hamısı maliyyə çətinliyinə görədir. Klubun büdcəsi azaldılıb. Biz bu şəraitdə girov kimi qalmışıq. Hazırda danışıqlar aparırıq. Fikrimcə, gün ərzində bu məsələ ilə bağlı yeni informasiyalar məlum olacaq".
