13 yanvar 2016 00:20
Vüqar Mustafayev Zirəyə keçidindən danışdı
"Qarabağ"ın "Zirə"yə icarəyə verdiyi yarımmüdafiəçi Vüqar Mustafayev bu keçidi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maya qədər "Zirə"də oynayacağam. Burada yaxşı kollektiv var. Məşqçilər korpusu ilə də tanışam. Uşaqların çoxu ilə vaxtilə digər komandalarda birgə oynamışam. Tanış olmadıqlarımı da burada tanıyacağam. "Zirə"də heyət güclüdür. Komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm".
