13 yanvar 2016 00:10
Emil Balayevin komandası Əbu-Dabi toplanışını darmadağınla başa vurdu
Almaniyanın "Ayntraxt" klubu Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin şərəfini qoruduğu Frankfurt təmsilçisi toplanışın son günündə Dortmund "Borussiya"sı ilə yoxlama görüşü baş tutub.
Qarşılaşma "Ayntraxt"ın 0:4 hesablı darmadağını ilə başa çatıb. Balayev bu görüşdə iştirak etməyib.
