12 yanvar 2016 19:30
Meza Kolli: İnterə qayıtmağa qərar verdim
"İnter"in sabiq yarımmüdafiəçisi Sezar Meza Kolli yenidən paytaxt klubuna qayıdır. Azerisport.az saytına açıqlamasında bunu futbolçu özü bəyan edib:
"İnter" hələ mövsümün əvvəlində məni heyətə qaytarmaq istəyirdi. Amma o vaxt müəyyən səbəblərdən bu, alınmadı. İndi düşündüm və məni gözləyən, inanan kluba qayıtmağa qərar verdim. Karyeramı Paraqvayda davam etdirmək imkanım var idi. Amma seçimimi "İnter"in lehinə etdim. Hələ heç bir müqavilə bağlamamışam. Lakin bu klubda oynamağa qərar verdiyimi deyə bilərəm".
Qeyd edək ki, bakılıların sabiq oyunçusu ilə yarım illik müqavilə imzalaması gözlənilir.
