12 yanvar 2016 15:00
XL Bakı toplanışından və baxışa çağırdığı oyunçulardan imtina etdi
"Xəzər Lənkəran" xaricə gedə bilməyən klublarımız üçün təşkil olunan min turnirdə iştirakdan imtina edib. Azerisport.az xəbər verir ki, komanda mövsümün qalan dövrünə də Lənkəranda hazırlaşacaq.
Klub ciddi maliyyə problemləri ilə üz-üzə olduğundan, komandanın Bakıya gəlmək fikri yoxdur. Cənublular transfer çalışmalarını da dayandırıblar. Komandanın düşərgəsinə baxışa gələn futbolçular da geri qaytarılıb.
Hazırda komandanın gələcək aqibəti ilə bağlı qeyri-müəyyənlik var. "Xəzər Lənkəran"ın Premyer Liqanın qalan dövrünə nə dərəcədə və necə hazır olacağı bilinmir.
