12 yanvar 2016 16:45
Hüseyn Seyliqli yığmamızın ən yaxşısı seçildi
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusun U-19 komandasına qarşı keçirdiyi oyunda ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada (1:2) Hüseyn Seyliqlini fərqləndiriblər.
