12 yanvar 2016 16:15
"Azərbaycanla oynamaq hər zaman xoşdur"
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Belarus U-19 oyunundan sonra rəqib komandanın baş məşqçisi Mixail Markel fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
“Hər iki komanda üçün yaxşı oyun oldu. Motivasiya baxımından müəyyən problemlər var idi. Üstəlik, yorğunluq da sözünü deyirdi. Birinci hissədə zəif oynadıq. Fasilədə müəyyən dəyişikliklər etdik. Bu da özünü doğrultdu. Azərbaycan yığması yaxşı komandadır. Belə rəqiblə oynamaq hər zaman xoşdur”.
