Təbriz Həsənov: Sonda yorğunluq sözünü dedi
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Belarus U-19 oyunundan sonra milli komandamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi. Hesabda öndə olanda da müdafiə barədə düşünmürdük. Daha əvvəl də demişdim ki, bu turnirə Avropa çempionatına hazırlıq mərhələsi kimi baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürdükdə, 7-ci və 8-ci olmaq arasında ciddi fərq yoxdur. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudur”.
