12 yanvar 2016 15:15
Rəvanın futbolçuları məşqə çıxmaqdan imtina edir
"Rəvan" rəhbərliyinin məşqçi və futbolçu heyətinin maaşlarını azaltdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna etiraz əlaməti olaraq, futbolçular məşqə çıxmaqdan imtina edirlər.
Bu azmış kimi, futbolçular son 2-3 ayın maaşını da almayıblar. Borcları ödənilməyəcəyi halda, komanda üzvləri bu gün axşam məşqinə çıxmayacaqlar.
Komandada yaranmış bu vəziyyətlə əlaqədar bu gün klub rəhbərliyinin heyət üzvləri ilə görüşü nəzərdə tutulub.
