12 yanvar 2016 13:30
Sumqayıtın əvəzediciləri də hazırlığa başladı
Əsas komanda ilə yanaşı "Sumqayıt"ın əvəzediciləri də çempionatın üçüncü dövrəsi üçün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür ki, təlim-məşq toplanışını davam etdirir.
Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır. Əvəzedici komanda hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, "Sumqayıt"ın əvəzediciləri yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma saat 15:30-da başlayacaq.
