12 yanvar 2016 13:15

Neftçidə yeni müqavilə

“Neftçi” PFK dünyanın aparıcı peşəkar xidmət şirkəti olan PwC (PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, dünyanın məşhur audit və konsaltinq şirkəti olan PwC “Neftçi”yə müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq.

Bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.

Müqavilə “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və PwC Azerbaijan şirkətinin idarəedici partnyoru Mövlam Paşayev tərəfindən imzalanıb. Tədbirdə “Neftçi”nin əməkdaşları da iştirak edib və PwC şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.

Qeyd edək ki, PwC - dünyada peşəkar xidmətlər göstərən ən böyük şəbəkələrdən biridir. Bugünkü PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən “Price Waterhouse” və “Coopers & Lybrand” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. “PwC Qlobal” şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 208,109 min nəfərdir. PwC audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı, şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı özəl şirkətləri, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları daxildir.

Azərbaycanda 1995-ci ildə cəmi 10 nəfərlə fəaliyyətə başlamış PricewaterhouseCoopers son 20 il ərzində yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoymuş və bu ənənəsini davam etdirməkdədir. Hal hazırda şirkətin Azərbaycan ofisində dünyanın 6 ölkəsindən 100 nəfərə qədər mütəxəssis çalışır. PwC Azərbaycan PwC Qlobal şəbəkəsinin 150 ildən artıq təcrübəsi, misilsiz bilik və praktiki səriştəsindən faydalanmaları üçün biznes təşkilatlarına, dövlət idarələrinə və özəl şirkətlərə xidmətlər göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.