12 yanvar 2016 12:30
Milli komanda bundan sonra Olimpiya Stadionunda oynayacaq
Futbol üzrə Azərbaycan milli komandası bundan sonra bütün ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Azerisport.az xəbər verir ki, məqsəd AÇ-2020-yə qədər azarkeşlərin və könüllülərin yeni arenanı daha yaxşı tanımasıdır.
Qeyd edək ki, 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 oyunu Bakıda - Olimpiya Stadionunda baş tutacaq.
