12 yanvar 2016 12:15
Tural Rzayev Türkiyədə qalacaq
"Sumqayıt"dan ayrılan və Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçməsi gözlənilən Tural Rzayevin bu transferi baş tutmayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bülənt Qorxmazın istefasından sonra bu transferin alınmayacağı gözlənilən idi.
Amma futbolçumuz "Sumqayıt"a qayıtmağa hazırlaşmır. Rzayev saytımıza açıqlamasında başqa Türkiyə klubları ilə danışıqlar apardığını bildirib:
"Bir neçə variant var. Onların arasında "Balıkəsirspor"dan da dəvət olduğunu gizlətmirəm. Amma hələ hansı klubda oynayacağımı demək çətindir. Bir qədər gözləmək lazımdır".
