12 yanvar 2016 11:30
Vidadi Rzayev yenidən Kəpəzdə
Vaxtilə futbolçu və məşqçi kimi “Kəpəz”ə xidmət etmiş Vidadi Rzayev doğma klubuna dönüb. Azerisport.az xəbər verir ki, mütəxəssis bu klubun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin edilib.
O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. Fuad müəllim Rzayevin köməkçisi təyin edilib.
U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.
Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.
